525.Az

Fırtına - (şeir)


 

Fırtına - <b style="color:red">(şeir)</b>

Respublikanın Əməkdar artisti, bədii qiraət ustası Ağalar Bayramova
 
Bəyənməsən, parçala-at,
(şairlik də bir cür azar)
bu şerimnən əsər yarat-
mən oxusam anlamazlar!

Mən oxusam-Füzuli də gözdən düşər,
misralara kotan salsam,
səpdiklərim üzdən düşər,
ay Ağalar, bəyaz xallar
qara saça öldürülən sözdən düşər.

hər şerimi özün oxu,
əriş məndən, arğac məndən,
naxışları çəmənimdən;
misralardan olan iplər yarıyarsa,
söz mülkümün xallarını özün toxu!

Naxoş sözə özün elə nə illac var,
gur səsinə, gül ətirli nəfəsinə,
hayqırtına, pıçıltına,
sükutuna, bağırtına-
 qırmalına, barıtına-
fırtınana ehtiyac var!
Ehtiyac var sənə qardaş,
qılınc, nizə korşalanda,
dövran zəlil, dövrançılar kor olanda,
ehtiyac var-yastıq, balınc daş olanda,
dünyada zülüm baş olanda,
namərd həyat bir köçəri quş olanda,
Ehtiyac var sənin kimi sənətkara,
bunu mənə əlimdəki qələm dedi:
Yazmaq azdı, yazılanı yaşatmaqçün
ehtiyac var Ağalara!

22 fevral 2017

 





16.03.2017    çap et  çap et