525.Az

“Xəzər” jurnalının yeni sayı


 

“Xəzər” jurnalının yeni sayı <b style="color:red"></b>

“Xəzər” dünya ədəbiyyatı jurnalının növbəti nömrəsi dərc olunub.

525.az-ın məlumatına görə, jurnalın bu nömrəsinin “Çağdaş Norveç ədəbiyyatı” rubrikasında Yusteyn Qorderin “Portağal qız” romanı, “Azərbaycan ədəbiyyatı” rubrikasında Elçinin “Baş” romanının sonu, “Poeziya” rubrikasında Cansuq Çarkvianinin şeirləri, “Macar ədəbiyyatı” rubrikasında Peter Nadaşın “Mənim ölümüm” hekayəsi işıq üzü görüb.

Nəşrin digər rubrikalarında Əli Ağbaşın şeirləri, Fransua Moriakın “Sevgi səhrası” romanı, Rotterdamlı Erazmusun “Axmaqlığın tərifi” əsəri, Yuri Polyakovun “Sinif yoldaşları” pyesi və digər maraqlı yazılar yer alıb.

 





17.03.2017    çap et  çap et