525.Az

Azərbaycan Universitetində Ümumdünya Sosial İş Günü qeyd olundu


 

Azərbaycan Universitetində Ümumdünya Sosial İş Günü qeyd olundu<b style="color:red"></b>

Bu gün Azərbaycan Universitetində Ümumdünya Sosial iş gününə həsr olunan tədbir keçirilib. 

Universitetin Sosial iş fakültəsi və “İrəli” İctimai Birliyinin birgə təşkilatçılığı ilə baş tutan tədbirdə ictimai birliyinin sədri Mirhəsən Seyidov və universitetin müəllim-tələbə heyəti iştirak edib.

“İrəli” İctimai Birliyindən verilən məlumata görə, tədbirdə iştirakçılara Sosial iş ixtisası haqqında məlumat verilib, tanıtımı, peşə kimi formalaşması və uğurlu təşkili sahəsində ölkədə aparılan işlərdən danışılıb. Qeyd olunub ki, ölkədə Sosial işin tədrisi sahəsində Azərbaycan Universitetinin müstəsnə yeri və böyük nailiyyətləri var.

Tədbirdə M.Seyidovla yanaşı Azərbaycan Universitetinin prorektoru Ağamalı Ağamalıyev, Sosial iş fakültəsinin dekanı Aygün Musayeva, Azərbaycan Sosial iş Birliyinin sədr müavini Gülnarə Pənahova Ümumdünya Sosial iş gününün mahiyyəti haqqında danışıb, sosial işçiləri peşə bayramı münasibəti ilə təbrik edib, ürək sözlərini çatdırıblar.

M.Seyidov nitqində sosial iş ixtisasının mahiyyətindən, cəmiyyət üçün yararından danışıb, gəncliyin inkişafını vurğulayıb və tələbələrin bu addımını qiymətləndirdiyini, bir təşkilat olaraq hər zaman gənclərə dəstək olmağa hazır olduqlarını vurğulayıb.

Tədbirdə “Azərbaycan Universiteti Korporativ Sosial Məsuliyyətini dərk edir” layihəsinin təqdimatı olub.

Layihə çərçivəsində fiziki əlilliyi olan 3 gənc Azərbaycan Universitetində 3 smestr “dinləyici tələbə” statusunda təhsil alacaq. Məqsəd isə fiziki əlilliyi olan gənclərin ingilis dili, kompüter və mühasibat sahələrində bilik və bacarıqlarını artırmaqla onların həyat keyfiyyətinin yüksəldilməsinə nail olmaqdır.

Fakültə gənclərin seçimi prosesində UAFA (Azərbaycana Birgə Yardım Təşkilatı) ilə əməkdaşlıq edib.

Tədbirdə Sosial işin fəaliyyət sahəsinə daxil olan problemlərin işıqlandırıldığı bədii nümunələr də nümayiş olunub.

Ceyhun ABASOV

 





17.03.2017    çap et  çap et