525.Az

“Vətənin müdafiəsinə hazıram!” bu dəfə Kürdəmirdə


 

“Vətənin müdafiəsinə hazıram!” bu dəfə Kürdəmirdə<b style="color:red"></b>

Martın 16-da Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Kürdəmir rayon İcra Hakimiyyəti ilə birgə “Vətənin müdafiəsinə hazıram!” mövzusunda tədbir keçirib.

Dövlət xidmətindən verilən məlumata görə, tədbirdə Kürdəmir rayon İcra hakimiyyətinin başçısı Ceyhun Cəfərov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin müavini general-mayor Novruzəli Orucov, orta məktəblərin yuxarı sinif şagirdləri, şəhid ailələrinin üzvləri, Qarabağ müharibəsi veteranları iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan İcra hakimiyyətinin başçısı C.Cəfərov bildirib ki, ölkə rəhbərliyinin diqqət və qayğısı nəticəsində bugün Azərbaycan Silahlı Qüvvələri regionun ən güclü ordusu statusunu daşıyır.

Səfərbərlik xidməti rəisinin müavini general-mayor Novruzəli Orucov isə çıxışında xidmətin gənclərin hərbi vətənpərvərlik ruhunda tərbiyə edilməsi məqsədilə həyata keçirdiyi tədbirlərin müsbət nəticələr verdiyini qeyd edib.

Tədbirdə şəhid ailələrinin nümayəndəsi, veteranların nümayəndəsi, çağırışaqədərki hazırlıq rəhbəri, “Çağırışaqədərki hazırlıq” fənnində yüksək nailiyyət göstərən şagird, eləcə də xidmətdə fərqlənən əsgər Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən mükafatlandırılıb.

Xidmətin Kürdəmir rayon şöbəsinin rəisi polkovnik Həbib Əliyev isə rayon gənclərinin vətənpərvərlik ruhunda tərbiyə edilməsi istiqamətində apardığı səmərəli fəaliyyətinə görə Kürdəmir rayon İcra Hakimiyyətinin fəxri diplomu ilə təltif edilib.

Ceyhun ABASOV

 





17.03.2017    çap et  çap et