525.Az

İlham Əliyev Mladen İvaniçi qəbul etdi


 

İlham Əliyev Mladen İvaniçi qəbul etdi<b style="color:red"></b> Azərbaycan prezidenti Bosniya və Herseqovinanın Rəyasət Heyətinin sədri Mladen İvaniçi qəbul edib.
 
APA-nın məlumatına görə, görüşdə ikitərəfli münasibətlərimizin səviyyəsinin razılıq doğurduğu bildirilib, əməkdaşlığın genişləndirilməsinin əhəmiyyəti qeyd edilib.
 
Azərbaycan ilə Bosniya və Herseqovina arasında turizm, səhiyyə, qarşılıqlı ticarət və digər sahələrdə əməkdaşlıq imkanları ilə bağlı məsələlər müzakirə olunub.
 
Söhbət zamanı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqlar ətrafında fikir mübadiləsi aparılıb.
 





17.03.2017    çap et  çap et