525.Az

Bu gün saat 19:37-də...


 

Bu gün saat 19:37-də...<b style="color:red"></b>

Topaz Premyer Liqasının 23-cü turu çərçivəsində keçiriləcək "Neftçi” – "İnter” oyunu meydan sahibi komandanın 80 illik yubileyi gününə təsadüf edir.

Qol.az-ın məlumatına görə, bu gün "Bakcell Arena”da keçiriləcək görüş rəmzi olaraq saat 19:37-də başlayacaq. "Neftçi”nin 80 illik silsilə yubiley tədbirləri bununla da yekunlaşmayacaq.

Oyunda azarkeşlər "Neftçi”nin əzəmətli tarixinə nostalji səyahət edəcəklər. Yubiley tədbirləri ilə bağlı sosial şəbəkələrdə bir sıra layihələr təşkil olunacaq.

 





18.03.2017    çap et  çap et