525.Az

Xəzər rayonunda badam bağları salınacaq


 

Xəzər rayonunda badam bağları salınacaq<b style="color:red"></b> İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu (SKMF) Xəzər rayonunda prioritet hesab olunan sahələr üzrə sahibkarlardan investisiya layihələrinin qəbuluna başlayır.
 
İqtisadiyyat Nazirliyindən "APA-Economics"ə verilən məlumata görə, SKMF Xəzər rayonunun Mərdəkan qəsəbəsində işgüzar forum keçirib.
 
Sahibkarlardan aşağıdakı istiqamətlərdə investisiya layihələrinin maliyyələşdirilməsi üçün təkliflərin qəbulu məqsədəuyğun hesab edilib:
 
- müasir istixana kompleksinin, zeytunçuluq təsərrüfatlarının, badam bağının salınması, ət kəsimi və üzlük daşların istehsalı müəssisələrinin yaradılması.
 
Sahibkarlar investisiya layihələrinin maliyyələşdirilməsi məqsədilə müvəkkil kredit təşkilatları vasitəsilə Fonda müraciət edə bilərlər.
 





18.03.2017    çap et  çap et