525.Az

UNEC-də Novruz şənliyi


 

UNEC-də Novruz şənliyi<b style="color:red"></b> Novruz bayramı münasibətilə UNEC-də, universitetin Zaqatala filialı və Azərbaycan Maliyyə-İqtisad Kollecində silsilə tədbirlər keçirilib.

Universitetdən 525.az-a verilən məlumata görə, bu il 70 illik yubileyi qeyd olunan UNEC-in rəssamı Arif Bektaşinin baharı əks etdirən əl işlərindən ibarət rəsm əsərlərinin sərgisi ilə başlayan Novruz şənliyində tələbələrin hazırladıqları bayram xonçaları nümayiş olunub.

Fakültələr arasında keçirilən “Ən yaxşı Novruz xonçası” müsabiqəsində Texnologiya və dizayn fakültəsinin hazırladığı Novruz atributlarını əks etdirən, zövqlə tərtib edilən xonçalar münsiflər tərəfindən yüksək qiymətləndirilib. Qaliblərə sertifikatlar təqdim olunub.

Novruz şənliyində UNEC-in Yaradıcılıq Mərkəzinin üzvləri rəngarəng musiqi və rəqs nömrələri ilə çıxış ediblər.
 





18.03.2017    çap et  çap et