525.Az

İstirahət günü hava necə olacaq?


 

İstirahət günü hava necə olacaq? <b style="color:red"></b> Martın 19-da Bakı və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
 
Ekologiya və Təbii Sərvətlər Nazirliyindən 525.az-a verilən məlumata görə, bəzi yerlərdə duman, səhər çiskin olacaq. Şimal küləyi əsəcək.
 
Havanın temperaturunun gecə 4-7° isti, gündüz 10-15° isti, Bakıda gecə 5-7° isti, gündüz  12-14° isti olacağı gözlənilir.
 
Atmosfer  təzyiqi  759 mm civə sütunu, nisbi rütubət  gecə 75-85 %, gündüz 55-60 %  təşkil edəcək.
 
Rayonlarda hava şəraiti gün ərzində əsasən yağmursuz olacaq. Lakin gecə və səhər bəzi yerlərdə yağış, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.
 
Havanın temperaturunun gecə 2-7° isti, gündüz 14-19° isti, dağlarda gecə 2° şaxtadan 3°-dək isti, gündüz 5-10° isti olacağı gözlənilir.
 





18.03.2017    çap et  çap et