525.Az

Paris aeroportunda insident: uçuşlar dayandırıldı


 

Paris aeroportunda insident: uçuşlar dayandırıldı<b style="color:red"></b> Fransanın paytaxtı Parisdəki “Orli” hava limanında naməlum şəxs tərəfindən xidməti vəzifəsini yerinə yetirən hərbçiyə hücum olub.
 
APA-nın “Milliyət” qəzetinə istinadən verdiyi xəbərə görə, naməlum şəxs hərbçinin silahını almağa cəhd göstərib.
 
Polis naməlum şəxsi zərərsizləşdirib. “Orli” hava limanında uçuşlar dayandırılıb, aeroport boşaldılıb və giriş-çıxış qadağan olunub.
 
Polis tərəfindən hava limanında axtarış aparılır. Hadisənin terror olub-olmadığı araşdırılır.
 
Bundan başqa, Fransa Daxili İşlər Nazirliyi Parisin şimalında polis məntəqəsinə silahlı hücum barədə məlumat yayıb. Hücum nəticəsində üç polis əməkdaşı yaralanıb.
 





18.03.2017    çap et  çap et