525.Az

Abituriyentlər üçün elektron sınaq imtahanları keçiriləcək


 

Abituriyentlər üçün elektron sınaq imtahanları keçiriləcək<b style="color:red"></b> Ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə qəbul olmaq istəyən abituriyentlər üçün elektron sınaq imtahanları keçiriləcək.

Dövlət İmtahan Mərkəzinin (DİM) mətbuat xidmətindən APA-ya verilən məlumata görə, DİM ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə qəbul olmaq üçün aprel-may aylarında keçiriləcək birinci qəbul imtahanlarında iştirak edən abituriyentləri nəzərə alaraq I-IV ixtisas qrupları üzrə elektron sınaq imtahanları keçirəcək.
 
Elektron sınaq imtahanınlarında  iştirak üçün abituriyentlərin qeydiyyat müddəti, imtahanda iştirak etmək qaydaları haqqında növbəti həftənin əvvəlində məlumat veriləcək.

Elektron sınaq imtahanlarının martın sonu, aprelin ilk günlərində keçirilməsi planlaşdırılır.
 





18.03.2017    çap et  çap et