525.Az

İslam Oyunlarının ilk biletləri prezident və birinci vitse-prezidentə təqdim olundu


 

İslam Oyunlarının ilk biletləri prezident və birinci vitse-prezidentə təqdim olundu<b style="color:red"></b>

Bakı 2017 İslam Həmrəyliyi Oyunlarının Açılış Mərasiminə 55 gün qaldığı ərəfədə Oyunların ilk bileti Azərbaycan prezidenti İlham Əliyevə və birinci vitse-prezident, eyni zamanda Bakı 2017 IV İslam Həmrəyliyi Oyunlarının Təşkilat Komitəsinin sədri Mehriban Əliyevaya təqdim olundu.

525.az xəbər verir ki, bu barədə yarışın Təşkilat Komitəsindən məlumat verilib.

Biletlər Bakı 2017 könüllüləri tərəfindən  təqdim olunub.

Qeyd edək ki, 8000-dən artıq Azərbaycan gənci Bakı 2017 IV İslam Həmrəyliyi Oyunları üzrə Könüllü Proqramının bir hissəsi olmaq üçün qeydiyyatdan keçib.

Könüllülər proqramın bir hissəsi olaraq, gənclər Oyunların ictimaiyyətə geniş şəkildə çatdırılmasında vacib rol oynayacaq, eyni zamanda, onlar üçün təşkil edilən liderlik, təqdimat və ünsiyyət yaratma bacarıqları üzrə təlimlərdən  də bəhrələnəcəklər.

Bakı 2017 IV İslam Həmrəyliyi Oyunlarına biletlərin ümumi satışı 19 mart (bazar günü) tarixində reallaşacaq.  Bu münasibətlə Gənclik Mall-da idmançı və ulduz səfirlər: İlham Zəkiyev, Fəridə Əzizova, Tünzalə Ağayeva və Hacı Nuran və Bakı 2017 Maskotları-İncə və Cəsurun iştirakı ilə xüsusi tədbir təşkil olunacaq. Tədbir zamanı tamaşaçılar idman sessiyaları və konsert proqramlarına qoşulmaq üçün müxtəlif müsabiqələrdə iştirak edərək, bilet qazanmaq imkanı  əldə edəcəklər.

Məlumat üçün bildirək ki, 500000 bilet satışa çıxarılacaq. Bakı 2017 islam Həmrəyliyi Oyunlarında azarkeşlər 20 idman növü və 170 idman sessiyasını izləmək imkanı əldə edəcək. Bütün idman sessiyaları üçün biletin qiyməti 2-5AZN arasında dəyişəcək.

Bakı 2017 təşkilatçıları biletləri Bakı 2015 Avropa Oyunlarında olduğu kimi münasib və əlverişli qiymətlərlə satılmasını təmin edəcək ki, daha çox ailələr və gənc azarkeşlər bu yazda baş tutacaq heyrətamiz idman yarışından zövq ala bilsin. Bakı 2017, 16 yaşına kimi bütün gənc nəsli güzəştli biletlərdən yararlanmağa səsləyir, belə ki, 13 idman sessiyalarına onlar pulsuz buraxılacaq.   2-16 yaşlı uşaqlar üçün Heydər Əliyev adına arena, Milli Gimnastika arenası və Tofiq Bəhramov adına stadionlara təyinatlı biletlərin qiyməti 1 AZN olacaq.

Möhtəşəm Bakı Olimpiya Stadionu dünyanın hər yerindən gələn idman həvəskarlarını 12-22 may tarixlərində Bakı 2017 tərəfindən təşkil olunacaq Açılış və Bağlanış mərasimlərində salamlayacaq.  Açılış mərasiminə biletin qiyməti 20-200 AZN civarında, Bağlanış mərasimi üçün isə 10-100AZN civarında dəyişəcək.
Bakı 2017 İslam Həmrəyliyi Oyunları üçün biletləri Bakı 2017 rəsmi elektron vebsaytı- www.baku2017.com/tickets vasitəsilə, yaxud Bakının müxtəlif yerlərində quraşdırılacaq 12 satış məntəqəsindən əldə edə bilərsiniz.

Bakı 2017 Oyunlarının biletlərinin təqdimatından sonra IV İslam Həmrəyliyi Oyunları Əməliyyat Komitəsinin korporativ direktoru Elçin Səfərov deyib: “Bakı 2017 İslam Həmrəyliyi Oyunlarında mübarizə aparacaq 50-dən artıq ölkənin idmançılarını Azərbaycanda salamlamağı səbirsizliklə gözləyirik. 

Oyunların Azərbaycanda keçirilməsi gözəl ölkəmizi təbliğ etməklə bərabər, həm də xalqımıza yüksək səviyyəli beynəlxalq idman yarışlarını seyr etmək şansı yaradır. Bilet qiymətlərini münasib saxlamaqla biz, hər bir kəsi bu möhtəşəm beynəlxalq idman tədbirinə gəlib, onun bir hissəsi olmağa çağırırıq.

“Biz ölkəmizin müxtəlif müxtəlif regionlarında yaşayan gənclərdən 12,000-dən artıq ərizə almışıq. Onların oyunlar zamanı 8,000 könüllüdən biri olmaq arzuları bizi çox sevindirir.  Biz inanırıq ki, Bakı 2017 IV İslam Həmrəyliyi oyunları Azərbaycanda artmaqda olan könüllülük mədəniyyətinin bariz nümunəsini bir daha nümayiş etdirəcək.

Əminliklə deyə bilərəm ki, oyunlar zamanı könüllülər öhdələrinə düşən rolu layiqincə yerinə yetirəcəklər.   Məhz könüllülk missiyası onların gələcək karyeralarını qurmaqda lazımi bilik, bacarıq və təcrübə ilə təmin  edəcək”.

 





18.03.2017    çap et  çap et