525.Az

Qahirədə Xalq yazıçısı Anarla görüş


 

Qahirədə Xalq yazıçısı Anarla görüş <b style="color:red"></b>

Misir Yazıçılar Birliyinin dəvətiylə Azərbaycan Yazıçılar Birliyinin sədri Anar Qahirədə olub.

Martın 13-də bu ölkənin Yazıçılar Birliyində Anarla görüş keçirilib. Misir Yazıçılar Birliyinin sədri Ala Əbdülhadi tədbiri açaraq Anarı toplaşanlara təqdim edib.

Birliyin idarə Heyətinin baş katibi Atif Əl Cüneydi, Radio və televiziya jurnalının baş redaktoru Hala əl Bədri, professor Adel Dərviş, Anarın kitabını ərəbcəyə çevirən Əbdürrəhman Xəmisi, Əl-Əzhər universitetinin doktorantı həmyerlimiz Seymur Nəsirov və başqaları çıxış edərək Azərbaycan - Misir mədəni əlaqələrinin əhəmiyyətini vurğulayıblar.

Anar Azərbaycan-ərəb ədəbi münasibətlərinin tarixindən, ölkəmizin çağdaş durumu, uğurları və problemləri, Qarabağ münaqişəsi haqqında danışıb, Yazıçılar Birliyinin fəaliyyəti, bu təşkilata dövlət qayğısı barədə ətraflı məlumat verib.

Azərbaycanın və Misirin Yazıçılar Birlikləri arasında müqavilə imzalanıb. Müqavilədə iki ölkə yazıçıları arasında ədəbi mübadilə, əsərlərin qarşılıqlı tərcümələri və nəşri, yazıçıların hər iki ölkəyə qarşılıqlı səfərləri haqqında maddələr var.

Müqaviləni Birliklərin sədrləri Ala Əbdulhadi və Anar imzalayıblar. Sonra Anarın Qahirədə nəşr olunmuş kitabının imza mərasimi keçirilib.

 





18.03.2017    çap et  çap et