525.Az

Ağ Ev yaxınlığında avtomobilində bomba olduğunu bildirən şəxs saxlanıldı


 

Ağ Ev yaxınlığında avtomobilində bomba olduğunu bildirən şəxs saxlanıldı<b style="color:red"></b> Vaşinqtonda Ağ Ev yaxınlığında avtomobilində bomba olduğunu bildirən şəxs saxlanılıb.
 
APA-nın CNN telekanalına istinadən verdiyi məlumata görə, bir kişi Ağ Evdə nəzarət-keçid məntəqəsinə yaxınlaşıb və avtomobilində bomba olduğunu bildirib.
 
Hələ ki, avtomobildə bomba olub-olmadığı təsdiqini tapmayıb. Olaydan sonra təhlükəsizlik tədbirləri gücləndirilib, yaxın küçələr nəqliyyatın hərəkəti üçün bağlanıb. Avtomobildə mütəxəssislər axtarış aparırlar.
 





19.03.2017    çap et  çap et