525.Az

Suriya rəhbərliyi BMT xüsusi elçisini qəbuldan imtina etdi


 

Suriya rəhbərliyi BMT xüsusi elçisini qəbuldan imtina etdi<b style="color:red"></b> Rəsmi Dəməşq BMT-nin Suriya üzrə xüsusi elçisi Staffan de Misturanı qəbul etməkdən imtina edib.
 
APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, de Mistura Cenevrədə keçiriləcək  danışıqlar öncəsi Suriyaya səfər etmək üçün rəsmi Dəməşqə müraciət edib. Lakin Suriya rəhbərliyi BMT nümayəndəsinin məsləhətləşmə aparmaq təklifini rədd edib.
 
Diplomatik mənbələrdən verilən məlumat görə, de Mistura Dəməşqdə arzuolunmaz şəxslər siyahısına daxil edilib.
 
Suriya üzrə danışıqların növbəti raunduna martın 23-də start verilməlidir. Suriya hökuməti və müxalifət nümayəndələrinin iştirakı ilə danışıqların dördüncü raundu martın 3-də başa çatıb.
 





20.03.2017    çap et  çap et