525.Az

Cavanşir Feyziyevin kitabı qırğız dilində


 

Cavanşir Feyziyevin kitabı qırğız dilində <b style="color:red"></b>

Milli Məclisin üzvü, Avropa İttifaqı-Azərbaycan Parlamentlərarası Əməkdaşlıq Komitəsinin sədri Cavanşir Feyziyevin “Türk Dövlətləri Birliyi: Qlobal inteqrasiyanın Avrasiya modeli” adlı kitabı qırğız dilində nəşr olunub. Kitabı Bişkek şəhərində fəaliyyət göstərən “Turar” nəşriyyatı çap edib.

Qeyd edək ki, Azərbaycanda 2014-cü ildə işıq üzü görən monoqrafiya həm ölkədə, həm də qardaş Türkiyədə ciddi maraq doğurub.

Türk dünyasının tarixi taleyindən, bu gün dünyada türk sivilizasiyasının varlığını təmin edən ümumtürk dəyərlərindən bəhs edən elmi araşdırmada, eləcə də müasir qloballaşma dövründə türk dünyasının qarşısında duran problemlərdən, müstəqil türk dövlətlərinin beynəlxalq siyasi-iqtisadi məkanda vahid platformadan çıxış etməsi zərurətindən danışılır.

Kitabda həmçinin Türk Dövlətləri Birliyinin qlobal siyasi - iqtisadi, sosial-mədəni və humanitar birlik kimi təşəkkül tapmasının məqsədləri, prinsipləri və strategiyası irəli sürülür. Əsər bu günədək ana dilindən başqa türk, qazax, rus, boşnak və qırğız dillərində 10 mindən artıq nüsxədə yayılıb və keçən il Astanada keçirilən “Böyük Çöl” ictimai-siyasi elmlər Forumunda Beynəlxalq Türk Akademiyasının qızıl medalına layiq görülüb.

 





20.03.2017    çap et  çap et