525.Az

Jurnalist Luis Enrikenin mətbuat konfransında yatdı - Video


 

Jurnalist Luis Enrikenin mətbuat konfransında yatdı - <b style="color:red">Video</b>

İspan jurnalistlərdən biri “Barselona”nın baş məşqçisi Luis Enrikenin “Valensiya”ya qarşı oyunundan (4:2) sonra keçirilən mətbuat konfransında yatıb.

Qol.az-ın xəbərinə görə, bunu görən Luis Enrike zarafatından qalmayıb. O, əli ilə yatmış jurnalisti göstərərək deyib:

“Baxın, hələ mənim karyeramda belə şey olmamışdı. Yəqin mən darıxdırıcı adamam (gülür)”.

Sonra L.Enrike həmin jurnalistə üzünü tutaraq bunları söyləyib: “Sabahın xeyir! Necəsən?”

 





21.03.2017    çap et  çap et