525.Az

«Yahoo» direktorlar şurasının sədri istefa verib


 

«Yahoo» direktorlar şurasının sədri istefa verib<b style="color:red"></b> «Yahoo» direktorla şurasının sədri Fred Amorozo istefa verib.
 
Lent.az-ın məlumatına görə, bu haqda şirkət təmsilçisi açıqlama verib. Ötən il qurumun rəhbərliyindən 6 nəfər istefa vermişdi, Amorozo yeddincidir.
 
Onun işdən çıxması xəbəri birjada «yahoo»-nun aksiyalarının ucuzlaşmasına səbəb olub.
 
Qurumdakı kadr təyinatı ilə bağlı xatırlatmaya əsasən, 2012-ci ilin iyulunda şirkət baş icra direktor vəzifəsinə Mariss Mayerin təyin olunduğunu bildirmişdi. O, əvvəllər «google»-nin rəhbərliyində aparıcı fiqurlaran olub. Onun təyinatınadək, bir il ərzində  «Yahoo» üç direktor dəyişib.
 





26.04.2013    çap et  çap et