525.Az

Belarus fövqəladə hallar nazirinin müavini həbs edildi


 

Belarus fövqəladə hallar nazirinin müavini həbs edildi<b style="color:red"></b> Belorus fövqəladə hallar nazirinin müavini Dmitriy Bequn rüşvət almaqda şübhəli sayılaraq həbs edilib.
 
APA-nın məlumatına görə, bunu bu gün Belorus prezidenti Aleksandr Lukaşenko bildirib.
 
A. Lukaşenko deyib ki, qanun qarşısında hamı bərabərdir və general rütbəsində olan D. Bequnu minimum 8 ilə qədər həbs gözləyir. Belarus prezidenti qeyd edib ki, D. Bequn təhlükəsizlik normalarına zidd olaraq tikilmiş obyektin istismara verilməsinə icazə üçün biznesmendən rüşvət almaqda şübhəli sayılır.
 





21.03.2017    çap et  çap et