525.Az

İstanbulda Novruz bayramı


 

İstanbulda Novruz bayramı <b style="color:red"></b> İstanbulun Topkapı bölgəsində yerləşən Türk dünyası mədəniyyət məhəlləsində Novruz bayramı mərasimi keçirilib.
 
APA-nın məlumatına görə, Türkiyə Turizm və Mədəniyyət Nazirliyi İstanbul idarəsinin təşkil etdiyi mərasimdə vali Vasip Şahin, bələdiyyə sədri Kadir Topbaş, Azərbaycanın İstanbuldakı baş konsulu Məsim Hacıyev, türk dövlətlərinin İstanbuldakı baş konsulları iştirak ediblər.
 
Mərasimin  bədii hissəsi başa çatandan sonra İstanbul valisi və bələdiyyə sədri türklərin qədim ənənəsinə uyğun olaraq dəmir döyüblər. Vali və bələdiyyə sədri daha sonra mədəniyyət məhəlləsində yerləşən Azərbaycan, Özbəkistan və Qazaxıstan evlərinə baş çəkiblər. Hər ölkə özünün milli yemək və şirniyyatlarını mərasim iştirakçılarına paylayıb.
 
Mərasimdən sonra Azərbaycanın İstanbul  baş konsulu M. Hacıyev APA-ya açıqlamasında deyib ki,  ölkələrimiz arasındakı əlaqələrin daha da dərinləşdirilməsi üçün belə tədbirlərin böyük əhəmiyyəti var: “Azərbaycan evinə gələrək xalqımızı Novruz bayramı münasibəti ilə  təbrik edən İstanbul valisinə və  bələdiyyə başqanına təşəkkürümü bildirirəm”.
 
Qeyd edək ki, türk dövlətləri arasındakı mədəni əlaqələri gücləndirmək məqsədiylə İstanbul bələdiyyəsi 2005-ci ildə tarixi Topkapı bölgəsində Türk dünyası mədəniyyət məhəlləsi yaradıb. Məhəllədə Türk dilli xalqların mədəniyyətinin nümayiş etdirildiyi evlər var.
 





21.03.2017    çap et  çap et