525.Az

"ABŞ-a uçan təyyarələrdə elektron qurğuların daşınması qadağan edilib"


 

"ABŞ-a uçan təyyarələrdə elektron qurğuların daşınması qadağan edilib"<b style="color:red"></b> “Türkiyə Hava Yolları” (THY) aviaşirkəti İstanbuldakı beynəlxalq aeroportlardan ABŞ-a uçan təyyarələrdə mobil telefonlardan böyük elektrik qurğularının daşınmasına qadağa qoyulduğunu təsdiqləyib.
 
APA-nın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, THY bu gün bununla bağlı bildiriş xarakterli məlumat yayıb.
 
THY sərnişinlərin nəzərinə çatdırıb ki, ABŞ-a uçan təyyarələrdə mobil telefonlardan böyük elektrik qurğuların təyyarənin göyərtəsində daşınmaması barədə qərar verilib. Elektrik qurğular təyyarənin yük bölməsində daşına bilər. Başqa sözlə, həmin elektrik qurğular söndürülmüş vəziyyətdə çantalara yerləşdiriləcək, hava limanlarında təhlükəsizlik yoxlamalarından keçəcək və təyyarənin yük yerində daşınacaq.
 
Qeyd edək ki, elektron qurğuların daşınmasına qoyulacaq müvəqqəti qadağa Misir, İordaniya, Küveyt, Mərakeş, Qətər, Səudiyyə Ərəbistanı, Türkiyə və Birləşmiş Ərəb Əmirliklərinin beynəlxalq aeroportlarından ABŞ-a uçacaq təyyarələri əhatə edəcək.
 





21.03.2017    çap et  çap et