525.Az

Britaniya təyyarələrdə mobil qurğulara qadağa qoymağa hazırlaşır


 

Britaniya təyyarələrdə mobil qurğulara qadağa qoymağa hazırlaşır<b style="color:red"></b> Böyük Britaniyaya Yaxın Şərq və Şimali Afrika ölkələrindəki beynəlxalq hava limanlarından uçan təyyarələrin göyərtəsində də sərnişinlərə mobil telefondan böyük olan mobil qurğular aparmasına icazə verilməyə bilər.
 
APA-nın məlumatına görə, bu barədə “The Daily Telegraph” qəzeti Böyük Britaniya təhlükəsizlik orqanlarındakı mənbəyə istinadən yazıb.
 
Bu barədə qərar bu gün qəbul edilə bilər. “The Daily Telegraph” yazır ki, Böyük Britaniya hökuməti son həftə ərzində bu qadağanın şansı formada tətbiqi iə  bağlı müzakirələr aparıb.
 
Qeyd edək ki, ABŞ artıq anoloji qərar qəbul edib. Elektron qurğuların daşınmasına qoyulacaq müvəqqəti qadağa İstanbul da daxil olmaqla, Misir, İordaniya, Küveyt, Mərakeş, Qətər, Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliklərinin beynəlxalq aeroportlarından ABŞ-a uçacaq təyyarələri əhatə edəcək.
 





22.03.2017    çap et  çap et