525.Az

BMT-nin Suriya üzrə xüsusi elçisi Türkiyəyə gedir


 

BMT-nin Suriya üzrə xüsusi elçisi Türkiyəyə gedir<b style="color:red"></b> BMT-nin Suriya üzrə xüsusi elçisi Staffan de Mistura Türkiyəyə səfər edəcək.
 
APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Vaşinqtonda səfərdə olan  Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib.
 
“Türkiyənin xarici işlər nazirinin müavini de Mistura ilə görüşmək niyyətindədir. Ankarada olduğum təqdirdə, məndə onunla görüşəcəm. Suriya üzrə danışıqların növbəti raundu ərəfəsi ünsiyyətdə olmağımız çox vacibdir”, deyə nazir bildirib.
 
O, həmçinin Suriya müxalifətini danışıqlarda iştirak etməyə çağırıb.
 
Xatırladaq ki, Suriya üzrə danışıqların beşinci raundunun martın 23-də Cenevrədə keçiriləcəyi planlaşdırılır. Suriya hökuməti və müxalifət nümayəndələrinin iştirakı ilə danışıqların dördüncü raundu martın 3-də başa çatıb.
 





22.03.2017    çap et  çap et