525.Az

Tillersondan Senata çağırış


 

Tillersondan Senata çağırış<b style="color:red"></b> ABŞ dövlət katibi Reks Tillerson Senatı Monteneqronun NATO-ya üzvlüyü barədə sənədi ratifikasiya etməyə çağırıb.
 
APA-nın Reuters agentliyinə istinadən verdiyi xəbərə görə, dövlət katibi müvafiq sənədi martın 7-də imzalayıb.
 
“Bu, ABŞ-ın maraqlarına uyğundur”, məktubda deyilir.
 
Ötən il NATO-nun Brüsseldəki mənzil-qərargahında Monteneqronun alyansa qəbulu ilə bağlı protokol imzalanıb. Protokolun NATO ölkələrinin parlamentlərində ratifikasiyasından sonra Montoneqro rəsmən Alyansa üzv olacaq.
 





22.03.2017    çap et  çap et