525.Az

"Çelsi"nin qapıçısı "Real"a keçir?


 

"Çelsi"nin qapıçısı "Real"a keçir?<b style="color:red"></b>

"Çelsi"nin qapıçısı Tibo Kurtua "Real"a keçəcəyi barədə iddialara münasibət bildirib.

Qol.az-ın Britaniya mətbuatına istinadən yaydığı xəbərə görə, o, London klubunda qalmaq istədiyini deyib:

"Çelsi" hələ mənə yeni müqavilə təklif etməyib, amma mən burada xoşbəxtəm. Hər şey yolunda gedir. Ölkə çempionu olmaq üçün çalışırıq".

Belçikalı qolkiper Madrid klubundan heç bir təklif almadığını da vurğulayıb: "Mövsümün sonuna kimi nələr olacağını bilmirəm. Ancaq özümü "Real"da yox, "Çelsi"də görürəm. Burada komandanın əsas oyunçularından biri olduğumu düşünürəm".

 





22.03.2017    çap et  çap et