525.Az

Çavuşoğlu ABŞ Ədliyyə nazirliyinin rəsmiləri ilə görüşdü


 

Çavuşoğlu ABŞ Ədliyyə nazirliyinin rəsmiləri ilə görüşdü<b style="color:red"></b> Vaşinqtonda səfərdə olan Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ABŞ Ədliyyə Nazirliyinin rəsmiləri ilə görüşüb.
 
APA-nın xəbərinə görə, bu barədə RİA Novosti agentliyinə nazirliyin nümayəndəsi Piter Karr bildirib.
 
“Biz görüşlərin keçirildiyini təsdiq edirik. Lakin danışıqlar zamanı müzakirə edilənləri şərh etmirik”, deyə P.Karr vurğulayıb.
 
Bundan əvvəl ABŞ Ədliyyə Nazirliyi Fətullah Gülənin Türkiyəyə ekstradisiyasına dair Ankaranın təqdim edəcəyi istənilən materialı nəzərdən keçirməyə hazır olduğunu bildirib. 

“Türkiyə ilə bu məsələ üzərində işləməkdə davam edirik. Türkiyə hökumətinin təqdim edə biləcəyi istənilən yeni materialları tədqiq  etməyə hazırıq”, – deyə nazirlikdən bildirilib.
 





22.03.2017    çap et  çap et