525.Az

Joao Suareş də Azərbaycana gələcək


 

Joao Suareş də Azərbaycana gələcək<b style="color:red"></b>

ATƏT Parlament Assambleyasının (PA) Cənubi Qafqaz və Dağlıq Qarabağ üzrə xüsusi nümayəndəsi Joao Suareş Azərbaycana mayın ilk ongünlüyündə səfər edəcək.

Bu barədə APA-ya Azərbaycanın ATƏT PA-da nümayəndə heyətinin rəhbəri, Milli Məclisin vitse-spikeri Bahar Muradova bildirib.
 
Onun sözlərinə görə, artıq səfər proqramı hazırdır: “Joao Suareş xüsusi nümayəndə təyin olduqdan sonra Cənubi Qafqaza səfər edə bilməyib. Bu, onun yeni vəzifədə regiona ilk səfəridir. Ona görə də düşünürəm ki, ölkələrdəki durum, xüsusilə konfliktlərlə bağlı son vəziyyət onu çox maraqlandırır. Bununla əlaqədar olaraq Joao Suareşin həm dövlət, həm hökumət nümayəndələri ilə görüşləri nəzərdə tutulub. Bu görüşlərdə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı fikirlərimizi daha çox çatdıracağıq. Elə onun özü də daha çox bu məsələ ilə maraqlanmaq üçün gəlir”.
 
Qeyd edək ki, Joao Suareşin Azərbaycana səfəri bir neçə dəfə müxtəlif səbəblərdən təxirə salınıb.

 





26.04.2013    çap et  çap et