525.Az

Beynəlxalq axtarışda olan şəxs Gürcüstana keçərkən saxlanıldı


 

Beynəlxalq axtarışda olan şəxs Gürcüstana keçərkən saxlanıldı<b style="color:red"></b> Dövlət Sərhəd Xidməti (DSX) tərəfindən bayram günlərində dövlət sərhədinin pozulması cəhdlərinin mümkün­lüyü ilə əlaqədar xidməti fəaliyyətin güc­lən­­­diril­məsi və sayıqlığın daha da artırılması istiqamətində tədbirlər həyata keçirilib.
 
APA-nın DSX-nın saytına istinadən verdiyi məlumata görə, tədbirlər nəticəsində martln 21-də Ağstafa rayo­nunun Sadıxlı kəndi ərazisindəki sərhəd zastavasının xidməti sahəsində 1987-ci il təvəllüdlü Azərbaycan Respubli­kası vətəndaşı Elgün Nadir oğlu İsmayıl-Necatın dövlət sərhədini qanunsuz pozaraq Gürcüstan ərazisinə keçmə cəhdinin qarşısı alınıb. Sərhəd naryadının qanuni tələbinə tabe olmayan sərhəd pozucusu müqavi­mət göstərərək hadisə yerindən qaçmağa cəhd edib, lakin DSX əməkdaşları tərəfindən yaxalanıb.
 
Fakt üzrə keçirilmiş tədbirlər nəticəsində vətəndaş E.N.İsmayıl-Necatın ağır cinayət törətdiyinə görə beynəlxalq axtarışda olması müəyyənləşdiril­ib. Əməliyyat-axtarış tədbirləri nəticəsində dövlət sərhədinin pozulma­sı­na vasitəçilik etmiş 1962-ci il təvəllüdlü Ağstafa rayon sakini Gündüz İsmayıl oğlu Quliyev müəyyənləşdirilərək saxlanılıb.
 
Dövlət sərhədinin pozulmasına cəhd ilə əlaqədar əməliyyat-istintaq tədbirləri davam etdirilir.
 





22.03.2017    çap et  çap et