525.Az

Çin Şimali Koreyaya qarşı yeni sanksiyaları dəstəkləmir


 

Çin Şimali Koreyaya qarşı yeni sanksiyaları dəstəkləmir<b style="color:red"></b> Çin Koreya Xalq Demokratik Respublikasına (KXDR) qarşı yeni sanksiyaların tətbiq edilməsinə qarşı çıxıb.

APA-nın “RİA-Novosti”-yə istinadən verdiyi məlumat görə, bu barədə Çin XİN-in rəsmisi Xua Çunyin deyib:

“Bizim mövqeyimiz ardıcıl və aydındır. Biz istənilən ölkə tərəfindən daxili qanunvericiliyə əsasən qəbul edilən birtərəfli sanksiyaların tətbiqinin əleyhinəyik”.
 
Qeyd edək ki, bir müddət əvvəl KXDR-i qlobal maliyyə sistemindən təcrid etmək üçün Donald Tramp administrasiyanın bu ölkəyə qarşı yeni sanksiyaları nəzərdən keçirdiyi barədə məlumat yayılıb. Bu sanksiyaların xüsusi ilə KXDR-da fəaliyyət göstərən Çin banklarına qarşı iqtisadi və diplomatik təzyiqin bir hissəsi olacağı və ABŞ, Yaponiya və Cənubi Koreyanın mövqelərinin gücləndirilməsinə yönəldiyi bildirilib.

Bununla bağlı təkliflər paketinin apreldə D.Tpampla Çin lideri Si Dzinpin ilə keçiriləcək görüş ərəfəsində ABŞ prezidentinə təqdim ediləcəyi gözlənilir.

Qeyd edək ki, bu ay ərzində KXDR dörd raketin buraxılışını həyata keçirib. Onlardan biri Yaponiya sahillərindən 200 km məsafədə suya düşüb.
 





22.03.2017    çap et  çap et