525.Az

London polisi baş verən hadisəni terror kimi qiymətləndirib


 

London polisi baş verən hadisəni terror kimi qiymətləndirib<b style="color:red"></b> London polisi parlament binası yaxınlığında baş verən hadisəni terror olayı kimi qiymətləndirib.

APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, bu, London polisinin “Twitter” sosial şəbəkəsindəki səhifəsində qeyd edilib.

“Sky News” telekanalı isə Vestminster körpüsündə, parlament yaxınlığında baş verən olayların əlaqəli olduğu barədə məlumat yayıb.

Məlumata görə, bir nəfər avtomobili körpü üzərindəki insanların üzərinə sürüb, bir neçə nəfəri vurub və parlamentə yaxınlaşıb.

Daha sonra avtomobildən düşən şəxs parlament binası yaxınlığında bir polisi bıçaqlayıb. O, digər polislər tərəfindən güllələnərək zərərsizləşdirilib.
 





22.03.2017    çap et  çap et