525.Az

Londonda terror aktı nəticəsində 2 nəfər öldü


 

Londonda terror aktı nəticəsində 2 nəfər öldü<b style="color:red"></b> Londonda törədilən terror aktı nəticəsində ölənlərin sayı 2 nəfərə çatıb.
 
APA-nın məlumatına görə, bu barədə “Sky News” telekanalı xəbər verib.
 
Bundan əvvəl 1 qadının öldüyü bildirilirdi. 
 
Bu gün Londonun Vestminster körpüsündə və Böyük Britaniya parlamentinin yaxınlığında iki silahlı insident baş verib.
 
London polisi baş verən hadisəni terror aktı kimi qiymətləndirib.
 
İnsident Brüsseldə törədilən terror aktının ildönümü ilə üst-üstə düşüb. 2016-cı il, martın 22-də Belçika paytaxtının hava limanı və metro stansiyasında törədilən terror aktı nəticəsində 35 dinc sakin ölüb, 3 terrorçu-kamikadze məhv edilmişdi. Hadisəyə görə məsuliyyəti İŞİD terror qruplaşması öz üzərinə götürmüşdü.
 





22.03.2017    çap et  çap et