525.Az

Hacettepe Universiteti UNEC-i seçir


 

Hacettepe Universiteti UNEC-i seçir<b style="color:red"></b> Martın 21-də Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) rektoru, professor Ədalət Muradov Türkiyənin nüfuzlu universitetlərindən olan Hacettepe Universitetinin rektoru, professor Haluk Ozenlə görüşüb.

UNEC-dən 525.az-a verilən məlumata görə, görüş zamanı hər iki universitetdə təhsilin keyfiyyətinin artırılması yolları, müasir şəraitdə universitet təhsilinə dəyişən və artan tələblər, dünya təhsil sisteminə inteqrasiya imkanları müzakirə edilib.

Ə.Muradov son illər ərzində UNEC-də həyata keçirilən islahatlar, ən müasir təhsil modellərinin Azərbaycana gətirilməsinin prioritet olduğuna və dünyanın bir sıra nüfuzlu universitetlerilə, o cümlədən, London Universiteti/London İqtisadiyyat Məktəbi, Fransanın Monpelye, Litvanın Mikolas Romeyris, Almaniyanın Zigen və digər universitetlərilə uğurlu əməkdaşlığa dair ətraflı məlumat verib.
 
Nüfuzlu beynəlxalq QS reytinqinə əsasən, UNEC-in inkişaf edən Şərqi Avropa və Mərkəzi Asiyada ən yaxşı 4-cü iqtisad universiteti olduğu vurğulanıb.

H.Ozen UNEC-lə əməkdaşlığa xüsusi önəm verdiyini bildirib və yekunda UNEC və Hacettepe Universiteti arasında geniş əməkdaşlığı nəzərdə tutan müqavilə imzalanıb.
 





23.03.2017    çap et  çap et