525.Az

“Britaniya terror təhlükəsi səviyyəsini yüksəltməyəcək”


 

“Britaniya terror təhlükəsi səviyyəsini yüksəltməyəcək”<b style="color:red"></b> Böyük Britaniyada terror təhlükəsi səviyyəsi dəyişməz qalacaq.
 
APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bunu nazirlər kabinetinin fövqəladə iclasından sonra Böyük Britaniyanın baş naziri Tereza Mey bəyan edib.
 
“Terror təhlükəsinin səviyyəsi “ciddi” olaraq qalacaq, səviyyəsi yüksəldilməyəcək”, deyə T.Mey bildirib.
 
Qeyd edək ki, Böyük Britaniyada terror təhlükəsinin 5 səviyyəsi mövcuddur. "Aşağı" səviyyə terror aktının az ehtimal olunduğunu bildirir. Daha sonra "sadə", "ciddi", "yüksək" və "böhran" səviyyələri gəlir.
 





23.03.2017    çap et  çap et