525.Az

UEFA Çempionlar Liqasında iştirak edəcək klublarla bağlı məlumat yaydı


 

UEFA Çempionlar Liqasında iştirak edəcək klublarla bağlı məlumat yaydı<b style="color:red"></b> UEFA Çempionlar Liqasının 2018/19 mövsümü üçün qrup mərhələsində hansı ölkədən neçə komandanın iştirak edəcəyini açıqlayıb.
 
Apasport.az-ın məlumatına görə, qurum rəsmi saytı vasitəsilə yayımladığı məlumatda suallara aydınlıq gətirib.
 
Belə ki, İspaniya, Almaniya, İngiltərə və İtaliya qitənin ən nüfuzlu klub turnirinin qrup mərhələsində 4 komanda ilə təmsil olunacaq.
 
Reytinq sıralamasında 5 və 6-cı pillələrdə qərarlaşmış Fransa və Rusiyanın iki komandası birbaşa həlledici mərhələdə yer alacaq. Hər iki ölkənin daha bir təmsilçisi isə pley-offlarda oynayacaq.
 
İlk onluqda qərarlaşmış digər ölkələr – Portuqaliya, Ukrayna, Belçika və Türkiyə qruplarda və pley-offlarda 1 komanda ilə mübarizə aparacaqlar.
 
11 və 12-ci pillələrin sahibi olan Çexiya və İsveçrədən isə bir klub qruplardan bir öncəki pley-off mərhələsində yer almağa haqq qazanacaqlar.
 
Qeyd edək ki, reytinq sıralamasında 26-cı pillədə yer almış Azərbaycan Avrokuboklarda ümumilikdə 4, Çempionlar Liqasında isə 1 komanda ilə mübarizə aparır ki, təmsilçilərimiz mübarizəyə ikinci təsnifat mərhələsindən başlayacaq.
 





23.03.2017    çap et  çap et