525.Az

“Rusiya ilə dialoqu davam etdirmək vacibdir”


 

“Rusiya ilə dialoqu davam etdirmək vacibdir”<b style="color:red"></b> Gərginlik dövründə Rusiya ilə dialoqu davam etdirmək xüsusilə vacibdir.
 
APA-nın Reuters agentliyinə istinadən verdiyi xəbərə görə, bunu NATO-nun baş katibi Yens Stoltenberq Vaşinqtonda İŞİD-ə qarşı beynəlxalq koalisiyasının toplantısında bəyan edib.
 
“Gərginliyin yüksək olduğu vaxtda siyasi və hərbi kanalların açıq saxlanılması mühüm əhəmiyyət kəsb edir. Biz bir-birimiz ilə ünsiyyətdə olmalıyıq", deyə Y.Stoltenberq bildirib.
 
Onun sözlərinə görə, son iki il ərzində ilk dəfə NATO-nun Hərbi Komitəsinin rəhbəri Pyotr Pavel və Rusiya Federasiyası Silahlı Qüvvələri Baş Qərargahının rəisi Valeri Qerasimov arasında telefon danışığı olub.
 





23.03.2017    çap et  çap et