525.Az

London terrorunda ölənlərin sayı 5-ə çatdı: 40 yaralı


 

London terrorunda ölənlərin sayı 5-ə çatdı: 40 yaralı <b style="color:red"></b> Londonda törədilən terror aktı nəticəsində ölənlərin sayı 5 nəfərə çatıb.
 
APA-nın məlumatına görə, bu barədə BBC London polisinə istinadən xəbər verib.
 
Hadisə nəticəsində yaralananların sayı isə 40-a çatıb.

“Hazırda yaralıların sayı 40 nəfərdir. Onlardan bəzilərinin vəziyyəti ağır kimi qiymətləndirilir. Ümumilikdə hadisə nəticəsində 1 polis əməkdaşı daxil olmaqla 5 nəfər həyatını itirib”, deyə Skotland-Yardın terrora qarşı mübarizə bölməsinin rəisi Mark Rouli bildirib.
 
London polisinin nümayəndəsi həmçinin bildirib ki, terror aktını törədən şəxsin kimliyi  hazırkı mərhələdə açıqlanmayacaq.
 
Bundan əvvəl 4 nəfərin öldüyü, 20 nəfərin yaralandığı bildirilirdi.
 





23.03.2017    çap et  çap et