525.Az

Bu il Gürcüstandan 122 avtomobil gətirilib


 

Bu il Gürcüstandan 122 avtomobil gətirilib<b style="color:red"></b> Bu ilin yanvar-fevral aylarında Gürcüstandan Azərbaycana 3 mln. 152,9 min ABŞ dolları dəyərində 122 ədəd avtomobil gətirilib.

Bu barədə "APA-Economics" Gürcüstanın Statistika Xidmətinə istinadən məlumat verib.
 
Ölkəyə gətirilən avtomobillərin sayı ötən ilin iki ayı ilə müqayisədə 48 ədəd çoxdur. Məbləğ baxımından isə bu rəqəm 759 min dollar və ya 31,7% çoxdur.
 
Qeyd edək ki, 2016-cı ilin yanvar ayında Gürcüstandan Azərbaycana 2 mln. 393,9 min dollar məbləğində 74 ədəd avtomobil gətirilib.
 





23.03.2017    çap et  çap et