525.Az

Gürcüstana qaz ixracı 22% artırılıb


 

Gürcüstana qaz ixracı 22% artırılıb<b style="color:red"></b> Bu ilin yanvar-fevral aylarında Azərbaycan Gürcüstana 89 mln. 056 min ABŞ dolları dəyərində 409 min 811,8 kubmetr qaz ixrac edib.

"APA-Economics" xəbər verir ki, bu barədə Gürcüstan Statistika Xidmətinin açıqladığı statistikada qeyd edilib.
 
2016-cı ilin yanvar-fevral ayları ilə müqayisədə ixrac edilən qaz həcm baxımından 46 min 586,2 kubmetr və ya 12,82% çoxdur. Məbləğ baxımından isə illik nisbətdə ixrac 16 mln. 364 min dollar və ya 22,51% çoxdur.
 
Qeyd edək ki, ötən ilin yanvar-fevral aylarında Gürcüstandan Azərbaycana 72 mln. 692 min dollar dəyərində 363 min 225,6 kubmetr yanacaq qazı və digər qazları ixrac edilib.
 





23.03.2017    çap et  çap et