525.Az

Moldova MDB PA-nın iclasında iştirakdan imtina etdi


 

Moldova MDB PA-nın iclasında iştirakdan imtina etdi<b style="color:red"></b> Moldova nümayəndə heyəti MDB Parlamentlərarası Assambleyasının iclasında iştirak etməyəcək.
 
APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, bunu Moldova parlamentinin spikeri Andrian Kandu deyib.
 
MDB PA-nın toplantısı gələn həftə Sankt-Peterburqda keçiriləcək. 
 
“Rusiya hökumətinə göndərilən diplomatik notanı, habelə Rusiya XİN rəhbərinin müavini Qriqori Karasinlə müzakirələri və eyni zamanda Rusiya notasının analizini nəzərə alsaq da, Moskvadan rəsmi cavab almamışıq. Ona görə də daimi büronun iclasında məsələ ilə bağlı ciddi müzakirələr aparılıb. Məsləhətləşmələrdən sonra qərara alınıb ki, Moldova parlamentinin nümayəndə heyəti Sankt-Peterburqa getməsin”, - deyə A. Kandu vurğulayıb.
 





23.03.2017    çap et  çap et