525.Az

Mosulda dağıntılar altından 80-dən çox dinc sakinin meyiti çıxarıldı


 

Mosulda dağıntılar altından 80-dən çox dinc sakinin meyiti çıxarıldı<b style="color:red"></b> İraq hərbçiləri Mosulun "İŞİD"dən azad olunmuş qərb hissəsinin bombalanması nəticəsində uçmuş binaların dağıntıları altından 80-dən çox dinc sakinin meyiti çıxarıblar.
 
APA-nın xəbərinə görə, bu barədə “Anadolu” İraq ordusunun nümayəndəsi Məhəmməd Abdullaha istinadən məlumat verir.          
 
Məlumata görə, cəsədlər Mosulun Bab Lekeş və Bab Cədid rayonlarında binaların dağıntıları altından çıxarılıb.    
 
Ölənlər arasında xeyli sayda qadın və uşaqların olduğu bildirilir. Məhəmməd Abdullah bəzi cəsədlərin 20 gündən çox dağıntılar altında qaldığından tanınmaz hala düşdüyünü qeyd edib.  
 
Aşkarlanmış cəsədlər ümumi məzarlıqda dəfn edilib. Axtarış tədbirləri davam etdirilir. 
 
Türkiyə mətbuatı zərbələrin ABŞ-ın rəhbərlik etdiyi koalisiya qüvvələrinə məxsus qırıcılar tərəfindən endirildiyini iddia edir. ZƏrbələr nəticəsində 200-dən çox dinc sakinin öldüyü bildirilir.
 
İraq Hərbi-Hava Qüvvələri və ABŞ-ın rəhbərlik etdiyi beynəlxalq koalisiyanın aviasiyası Mosulda  İŞİD-ə qarşı əməliyyat aparan İraq ordusuna havadan dəstək göstərir.
 





23.03.2017    çap et  çap et