525.Az

Türkiyə Şimali Koreyanın aktivlərini dondurdu


 

Türkiyə Şimali Koreyanın aktivlərini dondurdu<b style="color:red"></b> Şimali Koreyanın Türkiyədəki bütün əmlakına həbs qoyulub.

APA-nın türk mətbuatına istinadən məlumatına görə, qərar Türkiyə Nazirlər Kabinetinin toplantısında verilib.
 
Qərara görə, Şimali Koreyanın BMT tərəfindən müəyyənləşdirilən şəxs və qurumlarının əmlakları və bank hesabları dərhal dondurulur.
 
Buna səbəb Pxenyanın nüvə başlıqlı raket sınaqlarını dayandırmaması, qonşu ölkələri təhdid etməsidir. Bundan əlavə BMT "qara siyahısı"nda olan Şimali Koreyanın rəsmi şəxslərinin və ailə üzvlərinin Türkiyəyə girişinə də qadağa qoyulacaq.
 
Həmçinin, Şimali Koreyadan Türkiyəyə mis, sink, gümüş və nikel ixracına da son verilir.
 





23.03.2017    çap et  çap et