525.Az

Səbailli yeniyetmələr Naxçıvana yola düşdülər - Foto


 

Səbailli yeniyetmələr Naxçıvana yola düşdülər - <b style="color:red">Foto</b>

"Ölkəmizi tanıyaq" devizi ilə yeniyetmələrin respublikamızın müxtəlif bölgələri ilə tanışlığı üçün təşkil olunmuş maarifləndirici tur-aksiyası çərçivəsində Səbail rayonundan olan məktəblilərin Naxçıvan şəhərinə yola salınması mərasimi keçirilib. 
 
Səbail Rayon İcra Hakimiyyətindən 525.az-a verilən məlumata görə, Naxçıvana gedəcək qrupa rayonun orta məktəblərində təhsil alan, öz təhsili və nümunəviliyi, ictimai həyatda fəallığı ilə fərqlənən şagirdlər seçiliblər

Rayon İcra Hakimiyyətində yaradılmış Qərargah tərəfindən şagirdlər üçün xususi geyimlər və tələb olunan ləvazimatlar alınıb.

Təsdiq olunmuş proqrama əsasən səbailli yeniyetmələr 3 gün ərzində Naxçıvanın görməli yerlərində olacaq, Heydər Əliyev mərkəzlərini və parklarını, tarixi abidələri, tarix-diyarşünaslıq muzeylərini  ziyarət edəcək, bölgə ilə yaxından tanış olacaqlar. Həmçinin şagirdlərin asudə vaxtlarının təşkili də nəzərə alınıb.

Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra məktəblilər qarşısında çıxış edən Səbail rayon İcra Hakimiyyəti başçısının müavini Eldar Ağayev şagirdlərə turun məqsədi barədə məlumat verib, ölkə başçısı İlham Əliyevin gənc nəslin tərbiyəsi, onların savadlı, vətənpərvər böyüməsi və fiziki inkişafı istiqamətində gördüyü işlərdən danışıb, bu kimi turların təşkilinin də həmin tədbirlər çərçivəsində olduğunu vurğulayıb.

Qeyd olunub ki, bu tur aksiya çərçivəsində Naxçıvandan da Bakı şəhərinə yeniyetmələrin böyük qrupu gəlir. Onlar paytaxtımızın, o cümlədən, Bakının mərkəzi rayonu olan Səbail rayonunun görməli yerləri, mədəniyyət ocaqları ilə tanış olacaq, onların maraqlı istiahəti təşkil olunacaq. Bu səfərlərin yeniyetmə və gənclərin bilik və savadının, dunya görüşünün  artırılması istiqamətində mühüm bir tədbirlər olduğu xüsusi qeyd olunub. 
 
Tədbirdə çıxış edən məktəblilər, valideynlər, orta məktəblərin rəhbərləri yeniyetmələrin dünyagörüşünün və biliyinin daha da artmasına kömək göstərən bu tur-aksiyanın təşkili üçün ölkə başçısına minnətdarlıqlarını bildiriblər.  

Sonra səbailli məktəblilər Naxçıvana yola düşmək üçün hava limanına yola salınıblar.

 





24.03.2017    çap et  çap et