525.Az

Rusiya və Türkiyə terrorla mübarizəni müzakirə edəcəklər


 

Rusiya və Türkiyə terrorla mübarizəni müzakirə edəcəklər<b style="color:red"></b> Martın 29-da Moskvada Rusiya və Türkiyə XİN-ləri arasında terror və mütəşəkkil cinayətkarlıqla  mübarizəyə dair məsələ ətrafında  ikitərəfli məsləhətləşmələrin növbəti raundu keçiriləcək.
 
APA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, bu barədə Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.  
 
Danışıqlarda Rusiya tərəfini XİN rəhbərinin müavini Oleq Sıromolotov təmsil edəcək.
 
Qeyd edək ki, danışıqların əvvəlki raundu Ankarada 2016-cı ilin oktyabrında keçirilmişdi.
 





24.03.2017    çap et  çap et