525.Az

Xam neft ixracı 9% azaldılıb


 

Xam neft ixracı 9% azaldılıb<b style="color:red"></b> Bu ilin yanvar-fevral ayları ərzində Azərbaycan 1 mln. 387 min 383,29 ABŞ dolları dəyərində 3 mln. 400 min 474,38 ton xam neft ixrac edib.

Bu barədə “APA-Economics” Dövlət Gömrük Komitəsinin xarici ticarətin gömrük statistikasının aylıq hesabatına istinadən məlumat verib.
 
Məlumata görə, bu, həcm baxımından ötən ilin yanvar-fevral ayları ilə müqayisədə 335 min 120,24 ton və ya 8,97% azdır. Məbləğ baxımından isə illik nisbətdə 446 min 888,18 dollar və ya 47,52% çoxdur.
 
Qeyd edək ki, 2016-cı ilin yanvar-fevral aylarında Gürcüstandan Azərbaycanda 940 min 495,11 dollar dəyərində 3 mln. 735 min 594,62 ton xam neft ixrac edilib.
 
Qeyd edək ki, xam neft ixracı Azərbaycanın bu ilin ilk 2 ayının ümumi ixracının 83,88%-ni təşkil edib.
 





24.03.2017    çap et  çap et