525.Az

Gələcəyin avtomobili: “Toyota” və “NTT” tandemi


 

Gələcəyin avtomobili: “Toyota” və “NTT” tandemi<b style="color:red"></b>

Yaponiyanın iki nəhəng şirkəti özü idarə olunan avtomobilləri yeni səviyyəyə qaldırmaq üçün tərəfdaşlığa başlayır.

NHK telekanalının yaydığı məlumata görə, avtomobil istehsalı sahəsində tanınmış “Toyota” şirkəti və telekommunikasiya sahəsinin nəhənglərindən biri olan “NTT” şirkəti ikincinin yüksək sürətli naqilsiz texnologiyalarından istifadə edərək “qoşulmuş avtomobillər” hazırlayacaqlar.

Hazırda “NTT” şirkəti məlumatların ötürülməsi sürətini mövcud olandan 10 dəfə çox üstələyəcək beşinci nəsil mobil şəbəkə üzərində çalışır.

Belə güman edilir ki, “5G” avtomobili avtonom idarəetmə sistemini yaxşılaşdıracaq, onun digər avtomobillərlə və yolun kənarında yerləşdirilən sensorlarla operativ məlumat mübadiləsi qurmasını sürətləndirəcək. Sərnişinlər isə yüksək həlldən zövq almaq imkanı əldə edəcəklər.

Əlavə olaraq bildirilir ki, “Toyota” artıq “KDDI” telekommunikasiya şirkəti ilə “qoşulan avtomobillər”in hazırlanması üzərində işləyir.

AzərTAc

 





24.03.2017    çap et  çap et