525.Az

Təbii qaz ixracı 27% artırılıb


 

Təbii qaz ixracı 27% artırılıb<b style="color:red"></b> Bu ilin yanvar-fevral ayları ərzində Azərbaycan 39 min 393,75 ABŞ dolları dəyərində 326 min 719,63 kubmetr təbii qaz ixrac edib.

Bu barədə “APA-Economics” Dövlət Gömrük Komitəsinin xarici ticarətin gömrük statistikasının aylıq hesabatına istinadən məlumat verib.
 
Məlumata görə, bu, həcm baxımından ötən ilin yanvar-fevral ayları ilə müqayisədə 70 min 521,98 kubmetr və ya 27,53% çoxdur. Məbləğ baxımından isə illik nisbətdə 5 min 531,85 dollar və ya 16,34% çoxdur.
 
Qeyd edək ki, 2016-cı ilin yanvar-fevral aylarında Gürcüstandan Azərbaycanda 33 min 861,90 dollar dəyərində 256 min 197,65 ton təbii qaz ixrac edilib.
 
Qeyd edək ki, təbii qazın ixracı Azərbaycanın bu ilin ilk 2 ayının ümumi ixracının 2,38%-ni təşkil edib.
 





24.03.2017    çap et  çap et