525.Az

“Yaxın günlərdə bazara yeni məhsullar çıxaracağıq”


 

“Yaxın günlərdə bazara yeni məhsullar çıxaracağıq”<b style="color:red"></b> “Ötən il “Samsung” şirkətinin elektronika sektorundakı dövriyyəsi 202 milyard dollar olub”.
 
APA-nın məlumatına görə, bu sözləri Bursa Uludağ İqtisadiyyat Zirvəsində çıxışında “Samsung-Türkiye”nin vitse-prezidenti Tansu Yeğen deyib.
 
Televizor və mobil telefon istehsalı sahəsində ötən il də “Samsung”un dünyada birinci olduğunu vurğulayan Tansu Yeğen korporasiyanın elektronika sahəsindəki dövriyyəmizin həcminin 202 milyard dollar təşkil etdiyini vurğulayıb: “Araşdırma və inkişaf sahəsinə çox önəm veririk, bu il o sahəyə 14 milyard dollar ayırmışıq”.
 
T. Yeğen mobil telefonlardan daha geniş məqsədlərlə istifadə edilməsi üçün yaxın günlərdə bazara yeni məhsullar çıxaracaqlarını açıqlayıb.
 





24.03.2017    çap et  çap et