525.Az

Opera və Balet Teatrında “Jizel” baleti nümayiş olunacaq


 

Opera və Balet Teatrında “Jizel” baleti nümayiş olunacaq<b style="color:red"></b> Martın 26-da Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında dünya klassik balet sənətinin dəyərli nümunələrindən olan “Jizel” baletinin tamaşası keçiriləcək.
 
Teatrın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, A. Adanın əsəri uzun illərdir ki, teatrın repertuarındadır.
 
Növbəti nümayişdə ilk dəfə olaraq baş rolu - Jizel partiyasını teatrın balet truppasının gənc solisti, balet artistlərinin Q. Almaszadə adına beynəlxalq müsabiqəsinin Qran-pri mükafatı laureatı Cəmilə Kərimova ifa edəcək. Qraf Albert rolunda isə əməkdar artist Makar Ferştandt çıxış edəcək.
 
Tamaşanın dirijoru əməkdar artist Əyyub Quliyevdir.
 





24.03.2017    çap et  çap et