525.Az

Şimali Qafqazdakı hərbi hissələr döyüş hazırlığı vəziyyətinə gətirildi


 

Şimali Qafqazdakı hərbi hissələr döyüş hazırlığı vəziyyətinə gətirildi<b style="color:red"></b> Şimali Qafqazda Rusiya Milli Qvardiyasına məxsus bütün hərbi hissələr döyüş hazırlığı vəziyyətinə gətirilib.
 
APA-nın TASS-a istinadən verdiyi xəbərə görə, bunu Milli Qvardiyanın vilayət üzrə qoşunlarının komandan müavini bildirib.

Döyüşə hazırlıq vəziyyəti barədə qərar Çeçenistanda hərbi hissəyə hücumla əlaqədar qəbul olunub.
 
Xatırladaq ki, bu gün gecə saatlarında dumanlı hava şəraitindən istifadə edən 8 nəfər silahlı şəxs Rusiya Milli Qvardiyasına məxsus hərbi şəhərciklərdən birinə hücum edib.

Nəticədə daha 6 hərbçi həlak olub. Silahlılardan 6-sı zərərsizləşdirilib.
 





24.03.2017    çap et  çap et