525.Az

Prezident yunan həmkarını təbrik etdi


 

Prezident yunan həmkarını təbrik etdi<b style="color:red"></b> Azərbaycan prezidenti İlham Əliyev Yunanıstan prezidenti Prokopis Pavlopulosu təbrik edib.
 
APA-nın məlumatına görə, təbrikdə deyilir:

“Hörmətli cənab prezident. Yunanıstan Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizi və xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.

Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Yunanıstan xalqına daim sülh və rifah arzulayıram”.
 





24.03.2017    çap et  çap et